Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətində Cənubi Keçid Şurası (STC) separatçılarının mövqelərinə hava zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu iddianı STC-yə bağlı AIC televiziya kanalı irəli sürüb.
Kanalın məlumatına görə, hava zərbələrində Nəhb Vadisindəki STC qüvvələri hədəfə alınıb. İtki barədə məlumat verilməyib.