AZ

Qarabağ ın tarixi qolunun müəllifi titullu klubla anlaşdı FOTO

Sportal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qarabağ"ın sabiq futbolçusu Muarrem Muarrem özünə yeni iş yeri tapıb.

Sportal.az xəbər verir ki, o, vaxtı ilə futbolçusu olduğu "Rabotniçki"də baş məşqçi kimi çalışacaq.

Muarrem mövsümün sonuna qədər bu kluba rəhbərlik edəcək. 37 yaşlı məşqçi “Qostivar”, “Başkimi” klublarını çalışdırmışdı.

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu olan Muarrem Azərbaycan çempionunun tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə düşməsində önəmli rol oynayıb.

O, AL-in pley-off mərhələsinin Niderlandda(1:1) keçirilmiş görüşündə “Qarabağ”ın qolunun müəllifi olmuşdu. Bakıdakı matç isə 0:0 bitmişdi. “Rabotniçki” 10 qat ölkə çempionudur.

 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
1
sportal.az

2Mənbələr