Bakı. Trend:
Bakıda 1 saylı körpələr evində Yeni il münasibətilə bayramşənliyi təşkil olunub.
Trend xəbərverir ki, tədbir Səhiyyə Nazirliyinin dəstəyi ilə fəaliyyətgöstərən müəssisədə baş tutub.
Şənlik zamanı körpələr müxtəlif rəqs nömrələri və səhnəciklərnümayiş etdiriblər.
Bayram proqramında Şaxta baba və Qar qız da iştirak ediblər.Tədbirin sonunda uşaqlara Yeni il hədiyyələri paylanılıb.
Körpələr evinin baş həkimi Dürdanə Budaqova tədbirdə çıxışızamanı qeyd edib ki, Heydər Əliyev Fondunun Prezidenti MehribanƏliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva körpələr evlərininfəaliyyətini hər zaman diqqət və qayğı mərkəzində saxlayırlar.
Onun sözlərinə görə, göstərilən bu davamlı dəstək körpələrevlərində görülən işlərin keyfiyyətinin daha da yüksəlməsində mühümrol oynayır.
Baş həkim qeyd edib ki, körpələr evində çalışan kollektivüzvləri üzərlərinə düşən məsuliyyəti dərindən anlayır və peşəvəzifələrini böyük sədaqət və fədakarlıqla icra edirlər.
Baş həkim həmçinin bildirib ki, Prezident İlham Əliyevin müvafiqsərəncamına əsasən 1 saylı körpələr evində çalışan əməkdaşlarınəməkhaqları 1,5–3 dəfə artırılıb. Onun sözlərinə görə, bu qərarPrezident İlham Əliyevin sosial sahəyə, xüsusilə də uşaqlarlaçalışan mütəxəssislərin əməyinə verdiyi yüksək dəyərin bariznümunəsidir.
Baş həkim Səhiyyə Nazirliyinə və aidiyyəti qurumlara körpələrevinə göstərilən diqqət və dəstəyə görə minnətdarlığını ifadəedib.
Sonda Dürdanə Budaqova 31 Dekabr - Dünya AzərbaycanlılarınınHəmrəyliyi Günü və Yeni il bayramı münasibətilə kollektiv üzvlərinivə körpələri təbrik edərək, onlara sağlam və xoşbəxt gələcəkarzulayıb.