AZ

"Qəsdən ziyanla ehtiyatsızlıqdan ziyan arasında cərimələrdə və cəzalarda fərq olmalıdır" - Qüdrət Həsənquliyev

"Dövlət tərəfindən 6308 tarixi mədəni abidə qorunur. Və onlardan 82-si dünya əhəmiyyətlidir. Bu rəqəmlər bir daha təsdiq edir ki, qanun layihəsi tarixi mədəni abidələrin qorunması və bu istiqamətdə inzibatçılığın gücləndirilməsi baxımından vacib dəyişiklikləri özündə ehtiva edir və təqdim edir".

Redaktor.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

Onun sözlərinə görə, layihədəki dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, cərimələrin müəyyənləşdirməsi sabit, yəni fiks məbləğlərdən daha diferensial meyarlara keçid tətbiq olunur:

"Əgər əvvəl mövcud redaktədə cərimələrin məbləği sabit, fiks rəqəmlər ifadə olunursa, yeni təklif olunan layihədə cərimələrin məbləği hesablanan zaman diferensial olaraq dəymiş ziyan məbləği meyar olaraq götürüləcək və buna uyğun olaraq cərimələrin məbləği hesablanacaq.

Burada xüsusən nəzərə alsaq ki, artıq fiks və sabit rəqəmlərdən istifadə olunmayacaq, bir tərəfdən daha məqsədə uyğun olardı ki, burada məbləğlə bağlı minimum müəyyənləşsin, məsələn, mövcud redaktə mövcud versiyanı nəzərə alsaq, daha məqsədə uyğun olardı ki, məhz təklif olan redaksiyada 4000 manatdan az olmamaq şərti ilə dəymiş ziyanın iki mislindən az olmamaq və üç mislindən çox olmamaq şərti ilə cərimə məbləği müəyyənləşdirsin".

Deputat qeyd etdi ki, bəzi hallarda dəymiş ziyanın məbləği böyük rəqəmlə ifadə olunmaya bilər və nəticədə onun iki misli praktik olaraq cərimə baxımından kiçik rəqəmlə ifadə olunur.

"O baxımdan daha məqsədə uyğun olardı ki, minimum məbləğ də müəyyənləşdirsin. Əgər dəymiş ziyanın məbləği minimum məbləğdən az olursa, o halda minimum məbləğ götürməklə cərimələrin hesablanması mümkün ola bilər.

Ehtiyatsızlq səbəbindən mədəni tarixi abidələrə dəymiş ziyan hesablanan zaman burda xeyli miqdarda dəymiş ziyan məhv etmədən ayrılsın. Çünki nəzərə alsaq ki, biz qəsdən ziyan vuran zaman ehtiyatsızlıq səbəbindən ziyandan fərqi müəyyənləşdirməsinə ehtiyac var. Çünki ehtiyatsızlıq səbəbindən yalnız məhvetmə nəzərdə tutulur. Amma daha məqsədə uyğun olardı ki, həm də ehtiyatsızlıq səbəbindən xeyli miqdarda ziyanın vurulması nəzərdə tutulsun ki, bu da praktik olaraq iki maddənin qanuna qanun layihəsinə gətirilməsi və qanun layihəsində artıq bu ziyanların həm cərimə baxımından, həm cəza baxımından fərqləndirilməsinə gətirib çıxara bilər.

Eyni zamanda cərimələrin müəyyənləşdirilən zaman nəzərə alsaq ki, qəsdən ziyan vurulan halda ziyanın iki misli ehtiyatsızlıq səbəbindən məhvedilmə zamanı da ziyanın iki misli həcmində miqdarında cərimə tətbiq olunur, məncə, bunlar da fərqləndirilməlidir. Çünki qəsdən ziyanla ehtiyatsızlıqdan ziyan arasında cərimələrdə və eyni zamanda cəzalarda fərqin müəyyənləşdirilməsinə ehtiyac var", - deyə Qüdrət Həsənquliyev bildirdi.

Aminə ŞAHSUVARQIZI

Seçilən
7
redaktor.az

1Mənbələr