AZ

Baxşıyev Araz Naxçıvan ı təkzib edir Klubda nə baş verir?

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Baxşıyev "Araz Naxçıvan"ı təkzib edir - Klubda nə baş verir?

“Araz-Naxçıvan” bu gün rəsmi şəkildə Elmar Baxşıyevlə yollarını ayırdığını açıqladı. Klub yaydığı rəsmi məlumayda çalışdırcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini yazıb.

Lakin Baxşıyev bunu təkzib edib. O deyib: “Klubla mayın sonuna qədər müqaviləm var idi. Amma məni çağırıb dedilər ki, səninlə işləmək istəmirik. Yəni müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilmədi. Təzminat istəyib-istəməyəcəyimə gəlincə, bu barədə nəsə deyə bilmərəm. Çünki müqaviləyə hələ xitam verilməyib. Ondan sonra nəsə danışa bilərik”.

Məşqçi ötən gün komandadan ayrılan Qara Qarayevin də öz istəyi ilə müqaviləsini pozmasına münasibət bildirib: “Qara ilə aramızda heç bir problem olmayıb. Onun öz qərarıdır” (futbolinfo.az).

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
qol.az

2Mənbələr