AZ

Hərbi Gürcüstan Yolu bağlanıb

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Gürcüstanda hava şəraiti ilə bağlı Şimali Osetiyadakı Hərbi Gürcüstan Yolunun bir hissəsində yük maşınlarının hərəkəti dayandırılıb. Bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

Xəbəri “İnterfaks.ru” yayıb. 

Vladiqafqaz şəhəri ilə Lars qəsəbəsi arasındakı hissədə ağır texnikanın hərəkəti 26 dekabr Moskva vaxtı ilə saat 11:00-dan etibarən hər iki istiqamətdə bağlanıb.

Məlumata görə, məhdudiyyətlər sonrakı xəbərdarlığa qədər qüvvədədir.

Hərbi Gürcüstan Yolu Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr