AZ

“Hesab edir ki, danışsam, məni təhqir edəcəklər” – Siyavuş Novruzov SƏRT DANIŞDI

Milli Məclisin komitə sədri Siyavuş Novruzov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşunda çıxış edib.

Musavat.com-un xəbərinə görə, o, qanun layihəsinə təqdirlə yanaşaraq bildirib ki, bu qanun layihəsi xaricdə oturub Azərbaycan əleyhinə iş aparan, hansısa məqsədlərlə gedib sığınacaq alan şəxslərlə bağlı tətbiq olunmalıdır:

“Bu, söz azadlığının məhdudlaşdırılması deyil”.

Siyavuş Novruzov əlavə edib ki, xaricdə oturub heç bir məsuliyyət daşımadan insanları təhqir etmək və onları mənəvi terrora məruz qoymaqla bağlı Cinayət Məcəlləsində ağır maddə olmalıdır:

“Bununla bağlı prokurorluq orqanları bir sıra cinayət işlər qaldırıblar. Bu, daha da genişlənməli və həmin şəxslər Azərbayacana gətirilib qanun qarşısında cavab verməlidir.

Bir qrup insan hesab edir ki, danışsam, məni təhqir edəcəklər. Onların çıxışlarını həyat yoldaşları, anaları, bacıları oxuyur. O cür ifadələrin işlədilməsi ilə insanların heysiyyatına toxunmaq istəyirlərsə, birinci özlərinin heysiyyatına toxunmalıdır. Onlar müxtəlif ad altında Azərbaycanı tərk ediblər. Həmçinin, televiziya kanallarında göstərilən verilişlər və seriallara aidiyyəti qurumlar cavabdehlik daşıyır.

Hesab edirəm ki, orada olan mənəvi terroru aradan qaldırmağa onların imkanı çata bilər”.

Komitə sədri dövlətə, dövlətçiliyə həqarət edən, ölkə rəhbərliyi barədə etikadankənar ifadələr işlədənlərlə mübarizədə hər kəsi aktiv olmağa səsləyib.

Seçilən
20
2
veteninfo.az

5Mənbələr