AZ

Bilə bilə ki, elektron siqaret xərçəng yaradır, gəririb satıb pul qazanırlar Deputatdan ETİRAZ

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qeyd olunur ki, elektron siqaretin tərkibində asbest olan materiallar var. O cümlədən, ağciyər xəstəlikləri riskini də artırır. Azərbaycanda isə buna tələbat olduqca böyükdür. Ölkə böyük miqdarda yəni arayışda da göstərilir ki, bu məhsullar idxal olunur. Biz indi tütün məlumatları ilə də bağlı qanun qəbul eləyəndə bir məsələyə aydınlıq gəlmədi".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Hüseynov parlamentdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı bildirdi.

"Gərək icra hakimiyyəti orqanı bu tipli qanun layihələri göndərəndə, o cümlədən millət vəkillərinə məlumat verməlidir ki, söhbət nə qədər sahibkardan gedir və nə qədər sahibkarlar bundan ziyan görə bilər. Hesab eləyirəm ki, burada sahibkarlar üçün biz çox da narahat olmamalıyıq. Ona görə ki, məlum prezidentin müəyyən bir sözü var idi, deyirdi ki, "siz insandan xeyir görən, tanrısından ziyan görər".

Hamı bilir ki, bu elektron siqaretlər, insan üçün ziyanlıdır. Bu gün bunu bilə-bilə onlar gətirib satıb bu yolla pul qazanırlarsa, dövlətin onların, belə deyək, qarşısında aciz qalması o dərəcədə də başadüşülən deyil. Amma bu asbest məhsullar istehsal eləyənlər Azərbaycanda varsa, o zaman onlar ola bilsin ki, bunun ziyanlı olduğunu bilmir. Bu baxımdan bunların profilinin dəyişməsi üçün dövlət onlara yardım etməlidir.

Hökumətin məntiqini başa düşə bilmirəm. Sözün doğrusu ki, bilə-bilə ki, bu kanserogen tərkibli maddədir, bu xərçəng xəstəlik yaradır, ağciyər xəstəliyi yaradır, deməli, biz kimləri isə himayə edirik ki, siz davam eləyin bu məhsulları satmağa. Əslində, dövlətin borcudur ki, dərhal əgər bu mülki dövriyyədən çıxarılırsa, o yığışdırılmalıdır. Yəni qanunun fəlsəfəsi bunu tələb eləyir. Belə oldığı halda dövlət həm də xüsusilə rayon yerlərində, o yoxsul insanlara kömək eləməlidir", - deyə o vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
2
redaktor.az

3Mənbələr