AZ

Bağlanan zavodların işçilərinin taleyi necə olacaq? Siyavuş Novruzov

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Azərbaycanda - Gəncədə, Sumqayıtda bir sıra zavodlar fəaliyyət göstərir. Bunların taleyi necə olacaq, bunların işçilərinin taleyi necə olacaq, hansı addımlar atılacaq".

Redaktor.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisdə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı dedi.

"Hərdən görürsən ki, insanlar çəpərləri də məhz elə bu cür materiallardan istifadə etməklə qururlar. O baxımdan da kənd yerlərinə də doğrudan da çox böyük ziyan verəcəkdir. Bunun aradan qaldırılması üçün müəyyən kreditlərin verilməsidir və yaxud da ki, müəyyən məsləhətlərin ayrılmasına ehtiyac var.

Bu cür materiallar vaxtilə Azərbaycanda nə qədər rayonda mənzillərin yanması ilə əlaqədar binaların üzərinin dəyişdirilməsi ilə bağlı göstəriş verildi və tamamilə dəyişdirildi. Əgər bu belə bir ziyanlı bir şeydirsə, dövlət tərəfindən göstəriş verilməlidir və hər biri dəyişdirilməlidir ki, bunlar yenilənsin, yeni materiallar gətirilsin və onlar insan orqanizmi üçün ziyansız olan materiallar olsun.

Biz rayon yerlərində və Azərbaycanın başqa-başqa bölgələrində gördük ki, çoxlu mülkiyyətlər var ki, bu binalar dövriyyədən çıxarılmalıdır. Lakin çıxarılmır. Və həm o ərazinin görünüşünü korlayır və bir neçə sahəyə tabe olduğuna görə yerli rayon icra hakimiyyətləri bununla bağlı heç bir addım ata bilmir. Bələdiyyələr heç bir addım ata bilmir. Və yarımçıq tikililər qalıb.

Müəyyən istehsala keçmiş istehsalat müəssisələridir, o cümlədən texniki avadanlıqların saxlanılması üçün qarajlar durur. Rayonların sosial-iqtisadi inkişaf proqramı var və bizim rayonlar günü-gündən müasirləşir. Elə işğaldan azad olunmuş ərazilərdə tikilən binalara biz nəzər salsaq, prezident açılışda iştirak elədi, gördük ki, nə qədər gözəl, nə qədər əhatəli şəkildə bizdə indi kəndlər salınır, rayonlar salınır. Amma bu köhnə binalar, köhnə avadanlıqlar, köhnə məhsullar qalmaqdadır. Hesab edirəm ki, onların da bir siyahısını tərtib etmək lazımdır. Siyahıdan çıxarılmalıdır bunlar. Ya rayon icra hakimiyyətinə verilməlidir, ya da bələdiyyələrə verilməlidir", - deyə o, təklif etdi.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
redaktor.az

2Mənbələr