AZ

Qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxdı

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bu il Azərbaycanda dəmir yollarında qatarın qarşısına 54 dəfə qəfil heyvan çıxıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Avtosfer.az-a verilən məlumata görə, nəzarətsiz buraxılmış mal-qaranın dəmir yoluna çıxması ilə qatara ciddi zərər dəyir və heyvan tələf olur.

“Bu cür halların baş verməməsi və cərimələnməmək üçün heyvanlara istisnasız nəzarət edilməlidir. Milli sərvətimiz olan dəmir yollarını qorumaq hamımızın öhdəliyidir”, - məlumatda qeyd olunub.

 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
16
avtosfer.az

10Mənbələr