AZ

Bakıda bu ərazi 5 saat işıqsız qalacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində saat 13:00-dan etibarən fasilə yaranıb.

 

Sitat.info xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

 

Bildirilib ki, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

 

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - deyə məlumatda qeyd olunub.

Seçilən
43
11
sitat.info

10Mənbələr