AZ

Antalyada korrupsiya əməliyyatı: 10 nəfər saxlanıldı

Türkiyənin Antalya şəhərində Döşemealtı Bələdiyyəsinə qarşı korrupsiya ittihamı ilə əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, araşdırma çərçivəsində, Döşemealtı Bələdiyyəsi Təmizlik Xidmətləri Müdirliyi tərəfindən 2023-cü ildə keçirilən "Sinklənmiş Zibil Konteynerlərinin Təchizatı" tenderində qanun pozuntuları aşkar edilib.

Bildirilib ki, 6 sentyabr 2023-cü ildə açıq tender üsulu ilə keçirilən və 19 milyon 960 min türk lirəsi dəyərində başa çatan tender "Ak Konteyner İmalat Sənaye" və "Ticarət Ltd. Şti."-yə verilib. Tender çərçivəsində bələdiyyəyə təhvil verilməli olan 2000 ədəd 800 litrlik sinklənmiş zibil konteynerinin spesifikasiyalara uyğunluğu yoxlanılmayıb və nəticədə ziyan yaranıb.

Daxili İşlər Nazirliyinin müfəttişləri tərəfindən hazırlanan hesabatda sözügedən satınalma səbəbindən 7 milyon 153 min 713 lirə ictimai zərərin baş verdiyi müəyyən edilib.

Seçilən
31
12
publika.az

10Mənbələr