Süni intellekt həddindən artıq qiymətləndirilməməli bir vasitədir.
QHT.az xəbər verir ki, neyron şəbəkələri sürətlə yayılır və ChatGPT gündəlik və iş tapşırıqlarında süni intellektlə sinonimləşib. Lakin onun bəzi zəif tərəfləri var:
-
Cavablarda “hallüsinasiyalar” – ChatGPT bəzən faktları uydurur. Vacib məlumatlar üçün həmişə orijinal mənbələrdən yoxlamaq lazımdır.
-
İnsan deyil, şəxsiyyəti yoxdur – ChatGPT emosiyalar və şəxsi maraqlara malik deyil, yalnız proqramlaşdırılmış alqoritmlərə uyğun cavab verir.
-
Yaddaş məhdudiyyətləri – O, uzunmüddətli xatirəyə malik deyil və istifadəçi haqqında həssas məlumatları saxlaya bilmir.
-
Tam məxfilik təmin olunmur – Sözügedən məlumatlar platformanı təkmilləşdirmək üçün istifadə oluna və hüquq-mühafizə orqanları ilə paylaşa bilər.
OpenAI sorğusuna görə, ChatGPT işçilərə gündə 40-60 dəqiqə qənaət etdirir və 75%-i tapşırıqların daha sürətli və keyfiyyətli yerinə yetirilməsinə kömək etdiyini bildirir. Lakin MIT və Harvard Business Review araşdırmaları göstərir ki, süni intellektə yatırılan sərmayələrin şirkət mənfəətinə real təsiri hələ görünmür və məhsuldarlıq illüziyası yaradır.
R.İmanov