Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla yaxın günlərdə görüşmək üçün razılıq əldə edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, o, bu barədə "X" hesabında məlumat verib.
“Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov ABŞ tərəfi ilə son əlaqələri barədə məlumat verdi. Biz bir gün də boşa sərf etmirik. Yaxın gələcəkdə Trampla ən yüksək səviyyədə görüş barədə razılığa gəlmişik. Yeni ildən əvvəl çox şey qərarlaşdırıla bilər”, - deyə Zelenski yazıb.
“Kyiv Post” qəzetinin məlumatına görə, Zelenskinin dekabrın 28-də danışıqlar üçün ABŞ-a səfər edəcəyi gözlənilir. Görüş Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər.
Qeyd edək ki, dünənZelenski və komandası ilə ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner arasında təxminən bir saat davam edən telefon danışığı baş tutub.