AZ

Sahibkarlara kompensasiya ödənilsin, "qara bazar" yaranar - Deputat

"Elektron siqaretlərin satışını qadağan edən qanuna dəyişilikləri etməyə gecikmişik. Orta məktəblərdə yuxarı sinif şagirdlərinin elektorn siqaret aludəçisinə çevrilməsi faktları utancvericidir. Ümid edirəm ki, məktəblərimizdə bu prosesə nəzarət mexanizmləri gücləndiriləcək".

Ölkə.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentdə Vergi Məcəlləsində, “Tütün və tütün məmulatları haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna dəyişikliyin müzakirəsində çıxışı zamanı deyib. 

Onun fikrincə, dəyişiliklərin tədbiq edilməsi ilə "qara bazar"ın formalaşması riskləri böyükdür. "Bunun qarşısını almaq üçün sahibkarların anbarlarında qalacaq məhsulların alınması və ya onlara dəymiş ziyanın bir hissəsini kompensasiya olaraq ödənilməsidir. Başqa yol isə sahibkarların sata bilmədikləri məhsulların əlavə gömrük ödənişləri olmadan başqa ölkələrə göndərilməsinə və ya aldıqları yerə qaytarılmasına imkan vermək olar", - o vurğulayıb.

Deputat həmçinin əlavə edib ki, qanunun 5-ci maddəsində nəzərdə tutulan müddətin uzadılması ilə sahibkarların sifariş etdikləri məhsulun "qara bazar"a çıxışının qarşısını almaq olar: "Ancaq bu zaman da müdətin uzadılmasından süni istifadəyə imkan verməməliyik.

Eyni zamanda qanunvericilikdə dəyişilik olacağını bilən sahibkarların prosesdən süni istifadə edərək çox sayda sifariş vermə hallarını da nəzərə almaq lazımdır. Gömrük komitəsi və digər orqanlar bununla əlaqədar nəzarət mexanizmlərini gücləndirməlidirlər.

İstənilən halda insanları zəhərləyən bu məhsulların "qara bazarı" nın yaranmasına imkan verməməliyik".

Mürtəza

Seçilən
12
2
olke.az

5Mənbələr