AZ

BDU da “Geosiyasətdə urbanizasiyanın rolu” mövzusunda müzakirə keşirilib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 26 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Geosiyasətdə urbanizasiyanın rolu: Beynəlxalq münasibətlər timsalında” mövzusunda görüş keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə universitetin əməkdaşı Qasım Xəlilov urbanizasiyanın dövlətlərin daxili və xarici siyasətində oynadığı roldan, böyük şəhərlərin geosiyasi güc mərkəzlərinə çevrilməsi və bu prosesin regional balanslara təsirindən söz açıb. Həmçinin müasir nümunələr əsasında urbanizasiyanın yaratdığı imkanlar və qarşıya çıxardığı çağırışlar geniş müzakirə olunub.

Daha sonra iştirakçılar qruplara bölünərək urbanizasiya mövzusu ətrafında öz düşüncələrini ətraflı şəkildə təsvir ediblər. Qrup müzakirələri çərçivəsində urbanizasiyanın sosial, iqtisadi, mədəni və siyasi təsirləri, şəhər mühitinin inkişaf perspektivləri, eləcə də bu prosesin cəmiyyətə yaratdığı imkanlar və çağırışlar barədə fikir mübadiləsi aparılıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
67
azertag.az

1Mənbələr