Nüfuzlu "L'Équipe" nəşri 2025-ci il üçün ən yaxşı Fransa idmançılarının reytinq cədvəlini tərtib edib.
QOL.az xəbər verir ki, siyahıda 10 idmançı yer alıb.
1-ci yeri "Qızıl top"un qalibi, Fransa millisinin və PSJ-nin futbolçusu Usman Dembele tutub.
Fransada 2025-ci ilin ən yaxşı idmançılarının siyahısı:
1. Usman Dembele (futbol) - 803 xal
2. Leon Marşand (üzgüçülük) - 661 xal
3. Çarli Dalin (yelkənçi) - 380 xal
4. Cimmi Gresyer (atletika) - 369 xal
5. Maksim Qrosset (üzgüçülük) - 232 xal
6. Luis Bel-Berri (reqbi) - 215 xal
7. Tomas Ramos (reqbi) - 83 xal
8. Sebastien Ogier (ralli) - 82 xal
9. Desire Due (futbol) - 71 xal
10. Joan-Benjamin Qaba (cüdo) - 68 xal