AZ

Suriyada məsciddə terror aktı törədildi



Suriyanın Hums şəhərində terror aktı həyata keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Sham TV məlumat verib.

Məlumata görə, terrorçu Homs şəhərindəki Şiə İmam Əli məscidində cümə günü keçirilən ibadət zamanı partlayış törədib.

Terror aktı nəticəsində cümə namazında olan müsəlman dindarlar həlak olub. Həmçinin, partlayış çoxlu sayda insanın yaralanmasına səbəb olub.

Hələlik tələfatın sayı açıqlanmayıb.

Şeyda
Seçilən
50
newscenter.az

1Mənbələr