Region Liqasında çıxış edən iki klubun ümumilikdə 3 rəsmisi futboldan kənarlaşdırılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə qərar AFFA İntizam Komitəsinin iclasında qəbul olunub.
"Baku" komandasının rəsmisi İsmayıl Hüseynzadə və “Çinar-Zəngilan”ın idman direktoru Anar Dünyamalıyev lisenziya alınması üçün təqdim olunmuş sənədləri saxtalaşdırdıqları üçün 3 il müddətinə diskvalifikasiya edilib.
“Baku” klubunun icraçı direktoru Rövşən Mustafayev isə sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün cəzalandırılıb. O, 1,5 il müddətinə futbola aid hər hansı bir fəaliyyətdə iştirak etməkdən məhrum edilib.