AZ

6 nəfərdən 5-i kəsilib

“İbtidai sinif müəllimliyi” ixtisası ilə bağlı xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə tanınması imtahanında müvəffəqiyyət göstəricisi  cəmi 17% təşkil edir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 83%-i uğursuz nəticə əldə edib. Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə   Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqində deyib.

O qeyd edib ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür: 

"Belə ki, sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib.

Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə tanınması imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir".

Seçilən
33
1
cebheinfo.az

10Mənbələr