AZ

İsveç-Azərbaycan Federasiyasının sədri Sevda Dadaşovadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İsveç-Azərbaycan Federasiyası adından səmimi-qəlbdən təbrik edirəm. Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan dövləti böyük inkişaf yolu keçmiş, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.

Dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, xalqımızın rifahının yüksəldilməsi üçün gördüyünüz misilsiz işlər hər bir azərbaycanlıda böyük qürur hissi yaratmışdır. Sizin uzaqgörən siyasətinizin qarşıdakı illərdə Azərbaycana yeni-yeni nailiyyətlər, zəfərlər qazandıracağına inanırıq.

Sizə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycanın hər zaman yüksək zirvələr fəth etməsi, xalqın rifahının daha da yüksəldilməsi istiqamətində çoxşaxəli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Sevda Dadaşova

İsveç-Azərbaycan Federasiyasının sədri

Seçilən
9
1
xalqqazeti.az

2Mənbələr