AZ

“Vətən Fədailəri” layihəsi çərçivəsində şəhidlərimizə həsr olunan  kitabın təqdimatı keçirilib -FOTOLAR

“Vətən Fədailəri” layihəsi çərçivəsində şəhidlərimizin xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib. Təqdimat böyük mənəvi və tarixi əhəmiyyət daşıyır. Şabran, Siyəzən və Xızı rayonlarının şəhidlərinə ithaf olunan kitab Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Tədbirdə layihə rəhbəri Manya xanım çıxış edərək kitabın ərsəyə gəlməsi prosesi və layihənin məqsədləri barədə məlumat verib. Layihə rəhbərlərindən biri olan Şahin bəy isə bu yola şəhidlərimizə olan mənəvi borcu ödəmək niyyəti ilə çıxdıqlarını bildirib.

Təqdimatda şəhid ailələri, qazilər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda vurğulanıb ki, bu cür təşəbbüslər milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun təbliği baxımından xüsusi önəm daşıyır.

“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib. Şəhid qardaşı Elyar İslamoğlu isə 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının yazdığı qəhrəmanlıq dastanından bəhs edib.

Vətən müharibəsi qazisi İqbal Səfərov da çıxış edərək 44 gün ərzində keçdikləri çətin döyüş yolundan danışıb və bu ağır, lakin şərəfli missiyanın uğurla yerinə yetirildiyini vurğulayıb.

Seçilən
6
1
veteninfo.az

2Mənbələr