AZ

Zelenskinin Milad arzusu: “Putin...”

Ukrayna lideri Volodimir Zelenski paytaxt Kiyevdə xalqa müraciətlə Milad çıxışı edib.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski Rusiyanın müqəddəs gecədə atəşkəsə məhəl qoymadığını və mülki yaşayış məntəqələrini bombalamağa davam etdiyini vurğulayaraq bildirib:

“Bunu yalnız əxlaqsız bir insan edə bilər. İnanıram ki, müqəddəs gecədə bütün Ukrayna xalqı birlik və həmrəylik içində tək bir arzu tutur. Ölkəmizə bunları edən şəxsin (Rusiya lideri Vladimir Putin) bir an əvvəl yox olmasını diləyirik. Eyni zamanda, ölkəmizə sülhün gəlməsi üçün dua edirik”.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna liderinin çıxışını “nifrət dolu” adlandıraraq pisləyib.

Zelenskinin bir gün əvvəl açıqladığı 20 maddəlik sülh planının Rusiya tərəfindən hələ nə rədd, nə də qəbul edildiyini bildirən Peskov deyib:

“Bu, bir prosesdir. Sülh planı ilə bağlı Rusiya ilə ABŞ arasında danışıqlar davam edəcək”.

Seçilən
18
cebheinfo.az

1Mənbələr