AZ

Məhəmməd Asifoğlunun duyğu dolu şeirləri

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Sevginin, ayrılığın ağrısı və könül fəryadı… Onun misralarında eşq bəzən gülüstan, bəzən isə məzarıstan kimi təsvir olunur, klassik üslub isə şeirlərə xüsusi ruh qatır.

Metbuat.az gənc şair Məhəmməd Asifoğlunun duyğu dolu şeirlərini oxuculara təqdim edir:

Dünya mənə sənlə gözəlim baği gülüstandır.

Sənsiz ola bilməm, mənədünya məzarıstandır.

Eşqin ilə çarpar ürəyim, ahu-fəğan eylər

Hüsnün mələyin oxşarı ruhun isə şeytandır.

Sən naz edib eşqində məni sərsəri etdikcə

Canım sənə qurban axı canım sənə heyrandır.

Mən tək ola bilməz gözəlim qaşə,gözə vurğun

Qaşları kamandır nigarın,gözləri məstandır

Sən varlığın ilə elədin Dərvişi biçarə

Getmə sənə qurban yetimin halı pərişandır.

*** *** ***

Rəzil olsam bu eşq içrə yenə candan dönən yoxdur

Əzəldən bil bir olmuşdur sevən könlün ümidgahı.

Qəfəs dustağı bülbültək çığırmaqdan səsim batmış

Sən ey bağım, gülüstanım kar ol duyma bu əfğanı.

Arasından ötüb illər o xoş günlər keçib amma,

Nə həsrət atəşi sönmüş, nə dinmiş ruhumunahı.

Səndən özgə sevənmədim, bu dünyada ey gözəlim,

Əzizim, bil sən olmuşdun, məhəbbət mülkümün şahı.

*** *** ***

Ey təbibim, rəhm qıl könlüm yaman qəmxar olub

Sən ona get get deyirsən ol fəqət biar olub

Sındırırsan məhv edirsən könlümü bir nəsnə tək,

Könlüm ey zülfi pərişan gör necə bimar olub

Mən tərəddüd eylərəm söz söyləyərkən hüsnünə,

Ol səbəbdir hüsnün ey gül, gül təki gülzar olub

Bir zaman yaz nəşəsi, bülbül kimi cəh cəh edən,

Könlüm indi fəsli qış,bülbül gəzən yer qar olub

Yox səbəbkar məndən ayrı, hicrana bani mənəm

Bilməmişdim ayrılıq car eyləyənlər, xar olub

Sən cəhan nuru günəşsən, mən qəriban bir gecə

Bəllidir hər bir gecə bir şöləyə düçar olub

Kölgə tək arxanca gəlmiş dərd kədər hicran fəraq,

Çoxluq içrə yox kimi, can cismimə gör dar olub?!

Dərvişa, yol görsənir son mənzilin gəl-gəl deyir,

Gördüyün üz-duyduğun səs Əzrayıldan var olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
metbuat.az

2Mənbələr