AZ

Azərbaycan 14 ölkəyə qaz satır

2020-ci ilə qədər Azərbaycan  2 ölkəyə qaz ixrac edirdi - Gürcüstan və Türkiyə. İndi isə 14 ölkəyə mavi yanacaq satırıq.

“Yeni Sabah” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji strategiyasının inkişafı son illərdə xarici dövlətlərdə investisiya qoymağa da imkan verib. Rəsmi Bakı BƏƏ,  İsrail, Türkiyə və Özbəkistanda iri neft layihələrinə investor kimi qatılıb, iri pay sahibi olub.

“Cənub Qaz Dəhlizi Azərbaycanın bir çox ölkənin enerji təhlükəsizliyinə töhfəsini artırıb”, - XİN başçısı vurğulayıb.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
23
yenisabah.az

1Mənbələr