AZ

“Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzərində iş aparılır” - Nazir

“Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərində müsbət dinamika müşahidə olunur. Hazırda tərəflər arasında yeni saziş üzrə işlər davam etdirilir”.

SİA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı səsləndirib.

Nazir bildirib ki, Azərbaycan Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətlərini ardıcıl şəkildə inkişaf etdirir:

“Hazırda Azərbaycan Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşdır. Bu əməkdaşlıq siyasi dialoq, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər sahələri əhatə edir”.

Ceyhun Bayramov həmçinin vurğulayıb ki, Azərbaycanın Avropa platformalarındakı rolu genişlənməkdədir:

“Aİ Siyasi Birliyinin 12-ci konfransının 2028-ci ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Bu, ölkəmizin Avropa məkanında artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisidir”.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
11
sia.az

1Mənbələr