AZ

Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişindən danışdı

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni geosiyasi reallıqlar formalaşmasına imkan verir.

Milli.Az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanın Naxçıvanla yeni maneəsiz bağlantının təmin edilməsi ilə bağlı razılaşma əldə edilib.

"Bu layihə regionda nəqliyyat və ticarət imkanlarını genişləndirəcək. Sülh sazişinə əsasən Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə iddia və mövcud öhdəliklərin tam icrası da mühüm əhəmiyyət kəsb edir", - deyə nazir qeyd edib.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
3
news.milli.az

5Mənbələr