AZ

Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcək

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 26 dekabr, AZƏRTAC

Milli Paralimpiya Komitəsi idman federasiyaları ilə əməkdaşlığı genişləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə komitənin baş katibi Toğrul Rəhimov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.

O, Taekvondo və Atıcılıq federasiyaları ilə əməkdaşlığa başlayacaqlarını deyib: “Bir sıra federasiyalarla əməkdaşlıq imkanlarını müzakirə edirik. Əlilliyi olan şəxslərin bu idman növlərinə cəlb edilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərməyi planlayırıq. Həmçinin Elm və Təhsil Nazirliyi ilə də əməkdaşlıqla bağlı danışıqlar aparırıq. Onların dəstəyi ilə əlilliyi olan uşaqları idmana cəlb etmək istəyirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr