AZ

“Çelsi”nin futbolçusu “Barselona”ya təklif olundu

“Çelsi”nin müdafiəçisi Aksel Disasi “Barselona”ya təklif olunub.

Msport.az xəbər verir ki, komandanın baş məşqçisi Enzo Mareska artıq uzun müddətdir fransalı futbolçunu planlarına daxil etmir, bu səbəbdən, oyunçunun nümayəndələri onun üçün yeni klub axtarışındadır.

Disasinin xidməti “Barselona”ya tam transfer variantı ilə təklif edilib, icarə ehtimalı nəzərdə tutulmur. Ancaq ispanlar hələlik yekun qərar verməyib. Bildirilir ki, “Barsa” yanvarda müdafiənin mərkəz xəttini böyük xərclər olmadan gücləndirməyi planlaşdırır.

27 yaşlı futbolçu cari mövsümdə “Çelsi”nin heyətində heç bir oyunda iştirak etməyib və hətta iştirak ərizəsinə də salınmayıb.

Seçilən
29
msport.az

1Mənbələr