AZ

Balaxanı neftçiləri “ilin ən yaxşı”larını mükafatlandırdı

Bakı. Trend:

“Balakhani Operating Company” LTD-nin təşəbbüsü ilə Sabunçu vəSuraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətləri, ocümlədən “Surakhani Oil” və “AzGerNeft” 31 dekabr-DünyaAzərbaycanlılarının Həmrəylik gününü “Yeni İldə birgə, güclü,həmrəy” adlı tədbirdə təntənəli şəkildə qeyd ediblər.

Bayram tədbirinə hasilat şirkətlərində uzun müddət çalışan əntəcrübəli 600 nəfərdən çox əməkdaşı dəvət alaraq fəaliyyət sahələriüzrə “ilin ən yaxşıları” nominasiyalarının mükafatlandırmamərasimində iştirak ediblər.

İllik hasilat planının yerinə yetirilməsi nəticələri əsasında“Balakhani Operating Company”, “Surakhani Oil” və “AzGerNeft”şirkətlərinin ən yaxşı neft və qazçıxarma sexi, briqadası, köməkçisexi, eləcə də fərdi mükafat olaraq ən yaxşı geoloqu, mexaniki,ustası, neft və qaz hasilatı üzrə operatoru və elektrik sahəsindəçalışan əməkdaşı təltif ediliblər.

Bayram tədbirində neftçilər qarşısında çıxış edən “BalakhaniOperating Company” LTD-nin prezidenti Rövşən Rzayev hər zamanzəhmət və əzmkarlıq tələb edən hasilat sahəsinə həyatını sərf edənəməkdaşlara dərin minnətdarlığını bildirib. O, vurğulayıb ki,tabelçisindən tutmuş, geoloquna, qazmaçısına, rəngsazına qədər hərbir əməkdaş “neftçi” adını fəxrlə daşımalıdır. Yoxlanılan həravadanlıq, keçirilən hər növbə, verilən hər qərar hasilat planınıdoldurmaq, neft gəlirləri hesabına ölkəmizi inkişaf etdirmək,xalqımızı daha gözəl arzulara çatdırmaq məqsədini güdür.

Əyləncə ilə davam edən hissədə milli musiqi və rəqslərimizbayram tədbirinə xüsusi rəng qatıb.

Seçilən
34
6
az.trend.az

7Mənbələr