AZ

Yaponiyada fabrikdə silahlı HÜCUM

Ajans.az xəbər verir ki,bu barədə NHK News məlumat yayıb. Məlumata görə, naməlum şəxs müəssisəyə daxil olaraq bir neçə işçiyə katana ilə hücum edib, həmçinin naməlum maye istifadə etdiyi bildirilir. Polis hadisə ilə bağlı daxil olan məlumatlardan sonra dərhal Mişima şəhərindəki fabrikə cəlb olunub. Hadisə yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə 11:30) baş verib. İlkin məlumatlara əsasən, xəsarət alanlardan 6 nəfər xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Hücumun səbəbləri və şübhəlinin şəxsiyyəti araşdırılır. Təhlükəsizlik qüvvələri ərazidə əlavə tədbirlər görüb.

Seçilən
77
Ajans.az

1Mənbələr