AZ

Nazirdən “Rus Evi” ilə bağlı açıqlama

“Bakıdakı “Rus Evi” uzun müddət ərzində qeydiyyatsız fəaliyyət göstərirdi. Bununla bağlı Rusiyaya rəsmi xəbərdarlıq edilmişdi”.

Publika.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında Bakıdakı “Rus Evi”nin bağlanmasına və Rusiya ilə bu istiqamətdə hansısa danışıqların aparılmasına dair suala cavab verərkən deyib.

Onun sözlərinə görə, bu və ya digər təsisatların fəaliyyəti zamanı ölkə qanunvericiliyinə hörmət önəmlidir.

Seçilən
56
6
publika.az

7Mənbələr