AZ

Nazir: Bakı ilə Moskva arasındakı gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi

“Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun çox aydın və sistemli çərçivəsi var”.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, hər bir ölkənin müttəfiqləri, strateji partnyorları var: “Onlarla olan münasibətlər digərləri ilə olan münasibətlərdən fərqlənə bilir. Amma bəlli çərçivələr, beynəlxalq hüquq var. Biz bir halda bir mövqedən, digər halda başqa mövqedən heç vaxt çıxış etməmişik. Rusiya-Ukrayna müharibəsi 2024-cü ildən açıq müharibə fazasına keçib. Azərbaycan bu mövzuda hər zaman Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib. Bu mövqeyi çətin də olsa, Azərbaycan hər sahədə saxlayıb. Azərbaycanla Rusiya arasında olan gərginlik Ukrayna-Rusiya müharibəsi ilə bağlı deyildi. Eynilə İsrail-Fələstin münaqişəsi. Azərbaycan hər zaman Fələstinin öz dövlətini əldə etməsi, iki dövlətli həll yanaşmasından çıxış edib. Eyni zamanda Fələstin mövzusu geniş İslam dünyası, ərəb dünyası üçün çox mühüm mövzudur. Azərbaycan hər zaman bütün bu ölkələrlə yaxşı münasibətləri qoruyub. Azərbaycan İsraillə ən yaxşı münasibətləri olan ölkələr sırasındadır. Azərbaycan prinsipial mövqeyi ilə paralel İsraillə münasibətləri qarşılıqlı hörmət və prinsip əsasında qurur”.

Seçilən
4
4
apa.az

5Mənbələr