Rusiyalı həkimlərideal bayram yeməyini tövsiyə edib.
“Medicina” xəbər verir ki,qırmızı kürü və kərə yağı ilə sendviç ideal yemək hesab edilə bilər.
Bunun səbəbi onun yüksək qida dəyərinə malik olmasıdır. Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalinabayrammenyusundan danışıb.
Onun sözlərinə görə, bu yeməyi mükəmməl balanslaşdırılmış hesab etmək olar. Tərkibində həmzülal (kürü), yağ (kərə yağı) və karbohidratlar (çörək) var.
"Tərkibi balanslıdır, amma məhz yağ və çörək sayəsində pəhriz yeməyi deyil. Buna görə də, artıq çəkili insanlar özlərini təxminən 300 kalori olan bir sendviçlə məhdudlaşdırmalıdırlar”.
Lyalina həmçinin buğda çörəyinikəpək və ya çovdar çörəyi ilə əvəz etməyi və yağ əvəzinə qaymaqlı pendir istifadə etməyi tövsiyə edib. Bu, yeməyi daha sağlam edir.
Aygün Musayeva