AZ

Tanınmış televiziya kanalının baş redaktoru məhkəmə qarşısına ÇIXACAQ

Ajans.az xəbər verir ki,bu barədə Rusiya İstintaq Komitəsinin (SK) Moskva üzrə Baş İdarəsi Lenta.ru-ya məlumat verib. Məlumata görə, iş materialları baxılması üçün məhkəməyə göndərilib. Hər iki jurnalist barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və onlar axtarışa verilib. Qeyd olunur ki, Tixon Dzyadko Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb, həmçinin Rusiyada “arzuolunmaz təşkilat” statusu almış qurumla əlaqədə ittiham olunur. Valeriya Ratnikova isə “xarici agent” siyahısına daxil edilib və Rosfinmonitorinqin terrorçu və ekstremistlər siyahısında yer alır. Jurnalistlər Rusiya Cinayət Məcəlləsinin 207.3-cü maddəsi (Rusiya Silahlı Qüvvələri barədə qəsdən yalan məlumatların yayılması) ilə ittiham edilirlər. Bundan əlavə, Dzyadkoya qarşı 330.1-ci maddə (xarici agent fəaliyyətinin tələblərini pozma) üzrə də ittiham irəli sürülüb.

Məhkəmə prosesinin Moskvada keçirilməsi nəzərdə tutulur.

Seçilən
54
Ajans.az

1Mənbələr