AZ

Çin ABŞ-ın 20 müdafiə şirkətinə sanksiyatətbiq etdi

Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 20 şirkətinə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir. 

Bildirilib ki, məhdudiyyətlər 26 dekabr tarixindən qüvvəyə minib və sanksiyalar təkcə şirkətləri deyil, eyni zamanda onların 10 rəhbər vəzifəli şəxsinə də şamil olunur.

Sanksiya siyahısına Northrop Grumman Systems Corporation, L3Harris Maritime Services, Boeing (Sent-Luis bölməsi), Gibbs & Cox, Advanced Acoustic Concepts, VSE Corporation, Sierra Technical Services, Red Cat Holdings, Teal Drones, ReconCraft, High Point Aerotechnologies, Epirus, Dedrone Holdings, Area-I, Blue Force Technologies, Dive Technologies, Vantor, Intelligent Epitaxy Technology, Rhombus Power Inc. və Lazarus Enterprises kimi şirkətlər daxil edilib.

Çin XİN-in açıqlamasında qeyd olunub ki, sanksiyaların tətbiqinə səbəb ABŞ-ın son dövrlərdə Tayvana böyük həcmdə silah satmasıdır. Pekinin mövqeyinə görə, Tayvan Çin ərazisi hesab olunur və bu cür addımlar “vahid Çin” prinsipinin və Çin–ABŞ arasında imzalanmış üç birgə kommünikenin kobud şəkildə pozulması, Çinin daxili işlərinə müdaxilə və ölkənin suverenliyi ilə ərazi bütövlüyünə ciddi zərbə kimi qiymətləndirilir.

Nuriyyə NATİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr