AZ

Nazir: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni konfiqurasiyası müşahidə olunur

Bakı, 26 dekabr, AZƏRTAC

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlərin yeni konfiqurasiyası müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov cari ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.

O bildirib ki, hazırda Azərbaycanın 14 ölkəyə təbii qaz ixrac etməsi ölkəmiz üçün geniş iqtisadi və siyasi imkanlar yaradır. Bu fakt ikitərəfli münasibətlərdə Azərbaycanın artan nüfuzunun və regional aktor kimi möhkəmlənən mövqeyinin bariz göstəricisidir.

Seçilən
91
azertag.az

1Mənbələr