AZ

Azərbaycan aşıq sənətinə yeni baxış

Filologiya üzrə elmlər doktoru professor Xatirə Bəşirlinin uzun illər üzərində çalışdığı “Azərbaycan aşıq ədəbiyyatının nəzəri problemləri” adlı kitab işıq üzü görüb. Müəllifin aşıq sənəti ilə bağlı tədqiqatlarının yer aldığı kitabda  Azərbaycan mədəniyyətinin onurğa sütunu olan aşıq ədəbiyyatı yeni bir müstəvidə təhlil olunur. Monoqrafiyada tədqiqatçı  sazın və sözün sirlərini folklor, tarix və sosial antropologiyanın kəsişməsində araşdırır.

Kitabda müəllif Azərbaycan aşıq sənətini ənənəvi filoloji yanaşma müstəvisindən çıxararaq onu multidissiplinar bir baxış bucağından tədqiq edir.  Aşıq ədəbiyyatı sadəcə folklor nümunəsi kimi deyil, həm də sosial-mədəni bir fenomen kimi nəzərdən keçirilir.

Əsər aşıq sənəti irsinin köklərini dərindən anlamaq istəyən mütəxəssislər, folklorşünaslar və kulturoloqlar üçün dəyərli bir mənbədir. 

Qabil YUSİFOĞLU
XQ

Seçilən
11
1
xalqqazeti.az

2Mənbələr