AZ

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Dekabrın 26-da Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyinə həsr olunmuş mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin Təşkilat Komitəsinin üzvləri, qaliblər, valideynlər və FHN yanında İctimai şuranın üzvləri iştirak ediblər.

Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir.

Əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən ibarət sərgiyə baxış keçirilib.

Seçilən
54
4
publika.az

6Mənbələr