Moskva Yəmənin cənubundakı Hadramout və Mahra əyalətlərində hərbi-siyasi vəziyyətin gərginləşməsindən narahatdır və bütün tərəfləri təmkinli olmağa və problemlərə qarşılıqlı məqbul həll yolları axtarmağa çağırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Yəmənin cənubundakı gərginliyin artması ilə bağlı şərh verən diplomat bildirib: "Moskva, Cənubi Keçid Şurasının nəzarətində olan birləşmələr də daxil olmaqla, hökumətyönlü qüvvələrin müxtəlif bölmələri arasında baş verən toqquşmalar nəticəsində Yəmənin cənubundakı Hadramout və Mahra əyalətlərində hərbi-siyasi vəziyyətin gərginləşməsindən narahatdır".
Zaxarova əlavə edib ki, "biz bütün tərəfləri təmkin göstərməyə və konstruktiv Yəmənlərarası dialoq çərçivəsində mövcud problemlərə və ziddiyyətlərə qarşı qarşılıqlı məqbul güzəştlər axtarmağa çağırırıq".