AZ

Azərbaycan TDT ilə əməkdaşlığın yeni sahələrini genişləndirir

Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığın yeni istiqamətləri ardıcıl şəkildə genişləndirilir.

Doğru.az xəbər verir ki, hazırda təşkilat çərçivəsində 35-ə yaxın əməkdaşlıq sahəsi mövcuddur və bu sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli layihələr həyata keçirilir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, TDT-yə üzv ölkələrin hərbçilərinin birgə təlimləri ümumi müdafiə potensialının gücləndirilməsinə xidmət edir. “Gələn il də bu cür təlimlərin keçirilməsi mümkündür. Bu təlimlərdə TDT-yə üzv olmayan tərəfdaş ölkələrin də iştirakı mümkün ola bilər”, – deyə nazir əlavə edib.

DOĞRU.AZ

Seçilən
7
1
dogru.az

3Mənbələr