Qış fasiləsində bəzi futbolçular “Sabah”ı tərk edə bilər.
Paralel.az xəbər verir ki , söhbət əsasən iki oyunçudan gedir. Bunlar Boyan Letiç və Neqoş Kulusoviçdir.
Letiçin klubla müqaviləsi bu mövsümün sonunda başa çatır. Kulusoviç isə 2027-ci ilin sonuna qədər komandada qalmalıdır. Onlarla müqavilələr qarşılıqlı razılıq əsasında ləğv olunacaq.
Qeyd edək ki, hər iki futbolçu komandanın bu mövsüm üçün iştirak ərizəsinə daxil edilməyib.