Bakı. Trend:
Azərbaycanda moped idarə edənlərdən sürücülük vəsiqəsi tələbolunacaq.
Trend xəbər verir ki, bu,Prezident İlham Əliyevin təsdiqlədiyi "Yol hərəkəti haqqında"qanunda dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, Azərbaycanda moped nəqliyyat vasitələrininistismarına dair yeni tənzimləmələr tətbiq edilir. Qanunvericilikdəedilən dəyişikliklərin əsas məqsədi, mopedlərin idarə edilməsindəsürücülərin bilik və bacarıqlarını artırmaq, həmçinin yol hərəkətitəhlükəsizliyini gücləndirməkdir.
Ən mühüm dəyişikliklərdən biri, moped idarə etmək üçün sürücülükvəsiqəsinin alınmasının tələb olunmasıdır. Bu, sürücülərin müəyyənbilik və bacarıqlara sahib olmalarını təmin edəcək və nəticədə yolhərəkətindəki təhlükəsizliyi artıracaq.
Bundan əlavə, qanunla moped nəqliyyat vasitəsi anlayışı dahadəqiq müəyyən ediləcək və onlar dövlət qeydiyyatına alınaraq uçotagötürüləcək. Həmçinin, əvvəllər yalnız yolun sağ kənar zolağı iləhərəkət etmələri tələb olunan mopedlər üçün bu məhdudiyyət aradanqaldırılıb.
Qanunda başqa bir mühüm dəyişiklik, motosiklet və mopedinuzunluğu və eni üzrə qabaritlərinin 0,5 metrdən artıq kənara çıxanvə ya nəqliyyat vasitəsinin idarə edilməsini çətinləşdirən yükdaşımağın qadağan edilməsi ilə bağlıdır.
Yeni qanun dərc edildiyi gündən 3 ay sonra qüvvəyə minəcək.
Dövlət başçısı müvafiq QAnunun icrası ilə bağlı Fərman imzalayıb.