AZ

Rusiya tərəfindən AZAL təyyarəsinin zədələnməsi ilə bağlı təqdim olunan məlumatlar Azərbaycanı ciddi təəccübləndirib - Nazir

BAKI,TurkicWorld

Düşənbədəki görüşdə Rusiya Prezidenti Vladimir Putin ən son əldə etdiyi məlumatlara əsasən, Rusiya ərazisində Ukrayna PUA-sının olduğunu və təyyarənin vurulma səbəbinin raket partlayışı nəticəsində onun qalıqlarının AZAL təyyarəsini zədələməsi olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr edilən mətbuat konfransında deyib.

Nazir əlavə edib ki, son günlərdə Rusiya İstintaq Komitəsinin rəhbəri tərəfindən imzalanan məktub Azərbaycana təqdim olunub. Bu məktub Azərbaycan üçün ciddi təəccüb doğurub.

Bayramov, həmçinin Bastrıkinin bu işlə bağlı cinayət işinə xitam verilməsi məsələsini bölüşdüyünü qeyd edib.

Seçilən
21
4
turkic.world

5Mənbələr