“Real” mövsümün sonunda David Alaba ilə yollarını ayıracaq.
Msport.az xəbər verir ki, avstriyalı müdafiəçinin gələn ilin yayında başa çatacaq müqaviləsi yenilənməyəcək.
33 yaşlı futbolçu 2021-ci ildən “Real”da çıxış edir. O, bu mövsüm cəmi 4 oyunda iştirak edib. Ümumilikdə isə “Real”da 120 oyuna çıxan futbolçu 5 qol vurub, 9 qol ötürməsi edib.
“Transfermarkt”dakı məlumata görə, Alabanın bazar dəyəri 4 milyon avrodur.