AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılması davam edir.
AzEdu.az və Gəncə Dövlət Universitetinin (GDU) birgə təşkilatçılığı ilə burada təhsil alan “Brend tələbə”lər təltif ediliblər.
Tədbirdə AzEdu.az Təhsil Portalının Gəncə nümayəndəsi Leyla Camalzadə, GDU-nun Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin əməkdaşı Elnur Rzayev və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.
Mükafatlandırma mərasimi Gülsüm Fətəliyevanın nitqi ilə başlayıb. O, “Brend tələbə” adına layiq görülən gəncləri təbrik edib:

"Təqdim olunan meyarlara bütün tələbələrimizin tam şəkildə cavab verməsi onların məsuliyyətli və sistemli əməyinin bariz göstəricisidir. Bu münasibətlə hər birinizə təşəkkürümüzü bildirir, bütün tələbələrə gələcək akademik və peşəkar fəaliyyətlərində davamlı uğurlar arzulayırıq".
Daha sonra Leyla Camalzadə tələbələri təbrik edib. O, bildirib ki, "Brend tələbə” adına layiq görülmüş bütün tələbələrin göstərdiyi əzm və nailiyyətlər təqdirəlayiqdir. L.Camalzadə tələbələrə gələcək akademik və şəxsi fəaliyyətlərində uğurlar arzu edib.
Sonda isə “Brend tələbə”lərə təltifnamələri təqdim olunub və xatirə şəkli çəkilib.
2024-2025-ci tədris ili üzrə Gəncə Dövlət Universitetinin (GDU) "Brend tələbə" statusuna layiq görülmüş gəncləri aşağıdakılardır:
Orxan Ibrahimov- Magistr tələbəsi;
Ülvi Abdullazadə- Tarix-coğrafiya fakültəsinin tələbəsi;
İsrafil Abbasov- Xarici dillər fakültəsinin tələbəsi;
Aynurə Əliyeva- Filologiya fakültəsinin tələbəsi;
Xəyal Əsədov- Pedaqoji fakültəsinin tələbəsi;
Qənirə Rzazadə- Riyaziyyat-informatika fakültəsinin tələbəsi;
Ülviyyə Məmmədli- Fizika və texniki fənlər fakültəsinin tələbəsi;
İsfəndiyar Aslan-Kimya- Biologiya fakültəsinin tələbəsi;
Tellan Zeynalova- İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi;
Yeganə Əsgərova-Tarix-Coğrafiya fakültəsinin tələbəsi.
