AZ

Nazir: Rusiya-Ukrayna müharibəsindən sonrakı addımlarımız onun bitmə şərtlərindən asılı olacaq

Azərbaycanın Rusiya-Ukrayna müharibəsindən sonrakı addımları müharibənin bitmə şərtlərindən asılı olacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi, Rusiya və Qərb arasında münasibətlər, Moskvaya qarşı sanksiyaların davam edib-etməməsi, Ukraynanın təhlükəsizliyi, bərpası ilə bağlı müəyyən mövzular var ki, bunları bilmədən fərziyyələr irəli sürmək düzgün deyil:

"Bizim ən böyük istəyimiz odur ki, Rusiya-Ukrayna müharibəsi tez bir zamanda başa çatsın. Bu, böyük faciədir. Miqyası, həlak olan insanların sayı, dağıdılmış şəhər və kəndlər, infrastruktur baxımından böyük faciədir. Biz arzu edərdik ki, 2026 və ya tez bir zamanda müharibə başa çatsın. Ondan sonrakı proseslərdə Azərbaycan nə etməlidir, sualına gəlincə, bu müharibənin başa çatacağı şərtlərdən asılıdır".

Seçilən
53
far.az

1Mənbələr