Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətitərəfindən keçirilən hərracda səhmdar cəmiyyətinin səhm paketi, 3obyekt və 53 nəqliyyat vasitəsi satılıb.
Bu barədə Trend dövlət xidmətinə istinadən xəbər verir.
Hərraclara çıxarılan əmlaklara ümumilikdə 287 sifariş qəbul edilib.Bunlardan 42-si onlayn qaydada həyata keçirilib.
Qeyd edək ki, sifarişlərin çoxluğu hərraca çıxarılan əmlaklaramarağı artırıb. Rəqabətli keçən hərracda Bakının Sabunçu rayonundastart qiyməti 400.000 manat olan obyekt 630.000 manata, paytaxtınSuraxanı rayonunda 140.000 manat olan emalatxana 260.000 manata,Gəncə şəhərində 75.000 manat olan avtodayanacaq isə 240.000 manatasatılıb.
Hərracda “Ağdaş Quşçuluq” açıq səhmdar cəmiyyətinin 30,01 faizliksəhm paketi 101.662 manata satılıb.
Qeyd edək ki, bu hərrac nəticəsində dövlət büdcəsinə 1,5 milyonmanatdan çox vəsaitin köçürülməsi nəzərdə tutulur.
Hərracda satılan əmlakların siyahısı ilə Əmlak Məsələləri DövlətXidmətinin rəsmi saytı vasitəsilə tanış olmaq olar.
Dövlət əmlakı üzrə növbəti hərrac 6 yanvar 2026-cı il tarixindəkeçiriləcək.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və“www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.