Demokrat.az saytına istinadən ain.az xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsi ilə bağlı verdiyi qərar tamamilə yerində idi. Çünki məlumdur ki, bu sammit Rusiyanın Sankt-Peterburq şəhərində keçirilirdi”. Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib.O deyib ki, MDB deyiləndə, bizim ictimai rəyə daha çox Rusiya ilə assosiasiya olunur:“Rusiya isə indiyə qədər Azərbaycana qarşı bir sıra yanlış addımlar atıb. Məsələn, "AZAL" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması hadisəsi baş verdi. Rusiya tərəfi kompensasiya ödəyəcəyini bildirsə də, bu baş vermədi. Üstəlik, Rusiyada yaşayan azərbaycanlılara qarşı zaman-zaman səbəbsiz təzyiqlər tətbiq olunub və bu barədə heç bir rəsmi izah verilməyib. Münasibətlərdə hazırda qeyri-müəyyən bir atmosfer hökm sürür. Xatırladım ki, bir müddət əvvəl Kreml sözçüsü Dmitri Peskov bildirmişdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü Sankt-Peterburqda keçiriləcək”. O bildirib ki, halbuki rəsmi Bakı hələ həmin görüşdə iştirakla bağlı heç bir mövqe açıqlamamışdı:
“Bu, diplomatik baxımdan etiket qaydalarının pozulmasıdır. Yəni, qarşı tərəf hələ qərar açıqlanmazdan öncə sanki Azərbaycanın adından danışır. Bütün bunların fonunda Prezident İlham Əliyevin sammitə qatılmamaqla bağlı verdiyi qərar tamamilə məntiqli və prinsipial addımdır. Bu, Rusiya tərəfinə bir siqnal idi: əgər münasibətlərdə ciddi yanaşma və qarşılıqlı hörmət yoxdursa, Azərbaycan öz suveren qərarlarını verir və haqlıdır. Bu hadisədən sonra Rusiya tərəfi öz siyasətində buraxdığı səhvləri analiz etməli və düzəlişlər etməlidir”.Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.