AZ

Gənclərin inkişafına yönəlmiş “Üfüqdə Vətən!” layihəsi uğurla yekunlaşıb

Gənclərin inkişafına yönəlmiş “Üfüqdə Vətən!” layihəsi uğurla yekunlaşıb

25 dekabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetinin İnnovasiya Mərkəzində “Üfüqdə Vətən!” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə NDU-nun Tələbələrlə iş və tədbirlərin təşkili sektorunun müdiri Hüseyn İmanov və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının əməkdaşı Dilarə Gülməmmədli çıxış edərək layihənin əhəmiyyəti və gənclərin inkişafındakı rolunu vurğulayıblar.

Layihə çərçivəsində görülən işləri əhatə edən videoçarx nümayiş etdirilib.

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim olunub, iştirakçılarla birlikdə xatirə fotosu çəkdirilib.

Seçilən
32
afn.az

1Mənbələr